Professor oğurluğa görə işdən qovuldu

HADİSƏ 10 dek 2018, 21:58
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda unikal hadisə baş verib: professor plagiata görə qovulub.

Demokrat.Az Bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi “İqtisadiyyat” qəzetində institutun iki əməkdaşının həmmüəllifliyi ilə məqalə dərc edilib.

Lakin məqalə Moskva nəşrlərindən birindən olduğu kimi köçürülübmüş. Oğurluq yazı böyük rezonans doğurub. Çünki təkcə müəlliflik hüquqları pozulmayıb, həm də nəşrin imici zədələnib.

Dünən İqtisadiyyat İnstitutunda məsələ ilə bağlı iclas keçirilib, əməkdaşların hərəkətləri pislənilib və müxtəlif cəzalar təklif edilib. Hər iki əməkdaş cazəlandırılıb.

Plagiat məqalənin müəlliflərindən birinə töhmət verilib, oğurluğun təşəbbüskarı kimi çıxış edən professor Ağadadaş Qafarov isə işdən qovulub. Bu, Azərbaycanda professorun plagiata görə işdən qovulması ilə bağlı ilk hadisədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top