AZƏRTAC: "10 dekabr - Beynəlxalq Heyvan Hüquqlarının Müdafiəsi Günüdür"

MARAQLI 10 dek 2018, 21:37
10 dekabr- Beynəlxalq Heyvan Hüquqlarının Müdafiəsi Günüdür. Bu gün 1998-ci ildə İnsan Hüquqları Bəyannaməsinin imzalanmasının 50-ci ildönümü münasibətilə təsis edilib. Tarixin qeyd edilməsində əsas məqsəd planetimizdə yaşayan bütün canlılara qarşı zülm, şiddət, işgəncəni dayandırmaq, onların öldürülməsinin qarşısını almaqdır.

AZƏRTAC “calend.ru” saytına istinadla xəbər verir ki, 1978-ci il oktyabrın 15-də Parisdə UNESCO-nun binasında “Beynəlxalq heyvan haqları Bəyannaməsi” qəbul olunub. Təəssüflə qeyd etmək lazımdır ki, planetimizin bir çox sakini bu bəyannamədən bixəbərdir. On bənddən ibarət bu sənəd Dünya insan haqları bəyannaməsinin əsasında hazırlanıb və heyvanların da müdafiə olunmaq, yaşamaq hüquqlarının olmasını özündə əks etdirir.

Azərbaycanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-də fəaliyyətə başlamış IDEA Heyvanlara Qayğı Mərkəzində (IACC) heyvanların rifahının təmin edilməsi üçün hər bir şərait yaradılıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

IDEA Heyvanlara Qayğı Mərkəzi öz fəaliyyətini əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz heyvanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldib.

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top