​Yol polisi gizli xidmət aparır ? — AÇIQLAMA

SOSİAL 10 dek 2018, 21:08

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib.


Demokrat.Az xəbər verir ki, idarədən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülər 4 il bundan əvvəl televiziyalardan birinin efirində gedib: “Hansı ki, həmin vaxt "Yol-patrul xidməti haqqında təlimat" və "Yol hərəkəti haqqında" qanunla yol polisinin gizli xidmət aparmasına icazə verilirdi. 2017-ci ildə isə "Yol hərəkəti haqqında" qanuna və adıçəkilən təlimata edilən dəyişikliklərdən sonra ölkədə Yol Patrul Xidməti əməkdaşlarının gizli şəkildə xidmət aparması ləğv edilib".


BDYPİ belə məlumatlar yayan KİV-lərə tövsiyə edir ki, bu tip məlumatları yaymazdan əvvəl aidiyyəti orqanlarla dəqiqləşmələr aparılsın: "Sürücülərin diqqətinə bir daha çatdırılır ki, Azərbaycanda Yol Patrul Xidmətinin əməkdaşları xidməti qanunvericilik çərçivəsində aşkar şəkildə apara bilər. Digər şəkildə xidmət aparılmasına yol verilmir”. 

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top