AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi

İDMAN 10 dek 2018, 15:56

Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra ortaya xeyli suallar çıxdı. Həmin suallardan biri də, milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı idi.

 

Qurbanovun gedişindən sonra millinin mətbuat xidmətinin də fəaliyyətinə son qoyulub. BakuPost xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla "Azərbaycan radiosu"na açıqlamasında məlumat verib.

 

Federasiya rəsmisinin bildirdiyinə görə, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, milli komandada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.

 

Milli komandada mətbuat xidmətinin yaradılması Qurban Qurbanovun istəyi ilə olmuşdu. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idi. O, əvvəllər "Zirə" klubunda eyni vəzifəni daşımışdı.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top