Gürcüstanda çörək bahalaşıb

DÜNYA 10 dek 2018, 11:37

Bu gündən etibarən Gürcüstanda çörəyin qiyməti 10-15 tetri bahalaşıb.

 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna səbəb prezident seçkiləri öncəsi unun qiymətində artımın olmasıdır.

 

Çörəkbişirmə müəssisələrinin nümayəndələri bildirib ki, seçkiöncəsi dövrdə çörəyin qiyməti süni olaraq saxlanılırdı.

 

Gələcəkdə çörəyin qiymətinin yenidən bahalaşması istisna olunmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top