Messi 15 milyon dollara təyyarə aldı – FOTOLAR

MARAQLI 09 dek 2018, 22:31

“Barselona”nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb. 

Demokrat.Az “AS” qəzetinə istinadən xəbər verir ki, bu barədə Argentinanın “Doble Amarilla” saytı məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçu “2004 Gulfstream V” təuyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.

Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.

Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top