Rabitə qülləsinə çıxıb özünü atmaq istədi

HADİSƏ 09 dek 2018, 18:44
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Kür qəsəbəsində 1 nəfərin mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəməsi barədə müraciət daxil olub.

Demokrat.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top