İşdən çıxarılan aparıcıdan ATV-yə HÖRMƏTSİZLİK - FOTO

ŞOU-BİZNES 09 dek 2018, 18:13
Aparıcı Azər Zahidin sosial şəbəkədə yayımladığı foto müzakirələrə səbəb olub.

Demokrat.Az-ın məlumatına görə, aparıcı ayağının fotosunu yayımlayıb. Avtomobildə çəkilən şəkildə Azər ayağının altına ATV-nin loqosunu qoyub.

O, şəklə "Biz dünyaya qışqıraraq gəlirik, səs-küylə ölürük. Həyatda yaşadığımız zaman nə etməliyik? Əlbəttə ki, deyib-gülmək, keyf etməliyik" sözlərini yazıb.

Azərin bir vaxtlar çalışdığı kanalın loqosunu ayağının altına qoyması birmənalı qarşılanmayıb, hörmətsizlik kimi qəbul edilib. Eyni zamanda aparıcı uzun müddətdir sözügedən kanalda işdən çıxarılsa da, hələ də avtomobilində ATV-nin loqosunu gəzdirir.

Əldə etdiyimiz məlumata görə, A.Zahid bir müddət əvvəl yeni layihə ilə kanala müraciət edib. Amma onun layihəsi və yenidən kanalda çalışması qəbul olunmayıb.

Qeyd edək ki, Azər "Yoxlama" verilişində yaşanan qalmaqallara görə kanaldan uzaqlaşdırılmışdı.(axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top