Ermənistanda parlament seçkisi keçirilir

DÜNYA 09 dekabr 2018, 15:16
Ermənistandan növbədən kənar parlament seçkilərinə start verilib.

Demokrat.Az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla 08.00-da ölkə üzrə 2010 seçki məntəqəsində səsvermə başlayıb.

Mərkəzi Seçki Komitəsinin məlumatına əsasən, seçkilərdə 9 partiya və 2 blok iştirak edir. Səsvermə yerli  vaxtla 20.00-da yekunlaşacaq.

Ermənistandan kənarda seçki məntəqələri açılmayıb. Səsvermədə iştirak etmək istəyən ermənilər ölkəyə qayıtmalı olacaqlar.

Seçkilərdə 2,5 milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top