Hüquq müdafiəçiləri Əli İnsanovla görüşə buraxılmadı

HADİSƏ 09 dek 2018, 12:27

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlının həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovla görüşmələrinə icazə verilməyib. Bu barədə sosial şəbəkələrdə Novella Cəfəroğlu yazıb.

 

Onun sözlərinə görə, illər ərzində cəzaçəkmə müəssisələrində aparılan monitorinqlərdə iştirak ediblər və fəaliyyətləri üçün heç bir problem yaradılmayıb.

 

“Bizə edilən müraciət əsasında bir neçə gün öncə Əli İnsanovla görüşmək üçün hüquq müdafiəçisi Səidə Qocamanlı ilə onun cəza çəkdiyi müəssisəyə getdik. Hər şey öncədən rəsmi səviyyədə razılaşdırılmışdı. Çataçatda cəzaşəkmə müəssisəsi rəhbərliyinin adından zəng olundu ki, getməyin, rəis içəri keçməyinizə icazə vermir”, - hüquq müdafiəçisi deyib.

 

Novella Cəfəroğlu əlavə edib ki, onlara imtinanın səbəbi bildirilməyib və o, hər hansı şərh verməkdə çətinlik çəkir.

 

Xatırladaq ki, 2017-ci il aprelin 26-da Qaradağ rayon məhkəməsində Əli İnsanov barəsində yeni cinayəıt işi üzrə proses başa çatıb. Keçmiş nazir psixotrop və narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. (Virtualaz.org)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top