“Polisimizə lağ edənlərin polisi görün nələr edir?” - Ərdoğan Fransa barədə

DÜNYA 09 dek 2018, 11:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gündür Fransada davam edən etiraz aksiyaları haqqında danışıb.

 

BakuPost yerli mətbuata istinadən xəbər verir ki, "sarı jiletlilər”in üsyanından söhbət açan dövlət başçısı Fransada baş verənləri Türkiyənin 15 iyul hadisələri ilə müqayisə edib: "Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. İndi isə Paris başda olmaqla, bir çox Avropa şəhərləri qarışmış vəziyyətdədir. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə o bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top