Rəşad Sadıqov və daha 2 baş məşqçi istefaya göndərildi

İDMAN 08 dek 2018, 18:16

Azərbaycanın aşağı yaş qruplarının baş məşqçiləri istefaya göndərilib. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra əsas millinin baş məşqçisi postundan istefa vermiş Qurban Qurbanov bildirib.

Demokrat.Az-ın xəbərinə görə, mütəxəssis bildirib ki, iclasda digər baş məşqçilər də postundan ayrılıb. Bununla da Rəşad Sadıqovun U-20 və U-21 Zaur Həşimovun U-18, Ramin Quliyevin isə U-17 millisindəki fəaliyyəti başa çatıb.

Yalnız U-19-un baş məşqçisi Vüqar Məmməd fəaliyyətini davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top