"Vəzifədə olanda niyə susurdu?" - Tahirdən "Abel təhsilə ləkədir" deyən Faiqə CAVAB - VİDEO

ŞOU-BİZNES 08 dek 2018, 16:17
Murad Arifin verilişində qonaq qismində iştirak edən əməkdar artist Tahir İmanov xalq artisti Faiq Ağayevi qınayıb.

Demokrat.Az bildirir ki, Murad Arif Faiq Ağayevin rektor Abel Məhərəmova qarşı etdiyi tənqidi səsləndirib.

Buna cavab olaraq Tahir İmanov belə cavab verib:

"Niyə o rektor olanda danışmırdı? Niyə indi danışır? Tək Faiq Ağayev yox, təəsüflər olsun ki, bir çoxları belədir. Biz ancaq yıxılanın dalınca danışırıq. Biz ancaq güclünün yanında oluruq. Biz ancaq insanı işdən çıxaranda başlayırıq onu qınamağa. Amma vəzifədə olanda təəsüflər olsun ki, "Parni İz Baku"dan başqa heç kim onları tənqid eləməyib. Biz vaxtilə Abel Məhərrəmovun başçılıq etdiyi qurumu da tənqid eləmişik. O, isə öz növbəsində bu tənqidi yüksək səviyyədə qəbul edib, hətta rektor ola-ola bizi tələbələrlə görüşə belə dəvət etmişdir.(101.az)

Həmin videonu sizə təqdim edirik:
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top