Taksi sürücüsü qəza törətdi — 4 yaralı var (FOTOLAR)

HADİSƏ 08 dek 2018, 09:50

Səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.Az-ın oxu.az-a istinadən xəbərinə görə, “Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb. 


Qəza zamanı avtomobildə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsədov Rasim Nemət oğlu, 1980-ci il təvəllüdlü Cəfərov Zaur Tahir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firudin Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Yaralılar 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. 


Hazırda vəziyyətləri qənaətbəxşdir.


Qeyd olunur ki, sürücü taksi fəaliyyəti ilə məşğuldur və maşında olan dörd nəfər sərnişin olub.  Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.


Faktla bağlı araşdırma aparılır.

 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top