Sloveniyalı yazıçının Mehdi Hüseynzadədən bəhs edən romanı Azərbaycan dilinə tərcümə edildi - FOTOLAR

HADİSƏ 07 dek 2018, 22:03
“Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar təsdiq olunmuş plana əsasən, ölkəmizdə silsilə tədbirlər keçirilir.  

Demokrat.Az xəbər verir ki, Mehdi Hüseynzadənin 100 illik yubileyinə töhfəsi olan, Sloveniya yazıçısı, şair, musiqiçi, bəstəkar Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” ("Jeden za vse Mihajlovo Mascevanje") kitabı artıq Azərbaycan dilində də çap olunub.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunan kitab hələlik 500 nüsxə buraxılıb.

Kitabın ilk dəfə rus və digər dillərə tərcümə edilməsində Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili olmuş Azər Xudiyev böyük rol oynayıb. Onun təşəbbüsü ilə bu kitab Azərbaycan, Sloveniya və digər ölkələrin cəmiyyətlərinə tanıdılıb.

Hazırda Azərbaycanın Ukraynada səfiri olan Azər Xudiyev kitabın Azərbaycan dilinə tərcümə edilməsinə görə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda təşəkkürünü bildirib:
 
Related image

"Cənab Prezidentin tapşırıqlarından irəli gələn Səfirliyimizin bu cür təşəbbüsünü dəstəklədiyi üçün Afaq xanım Məsuda öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu cür işlər cənab Prezidentimizin “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına böyük töfhə olacaq".

Xatırladaq ki, “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamında Mehdi Hüseynzadənin 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazdığı qeyd olunub. Sənəddə xüsusi vurğulanıb ki, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Demokrat.Az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top