“Himnimiz çalınanda darıxan məmurlar milyardlarını sayanda heç darıxmırlar..." -Xalq artisti

SOSİAL 07 dek 2018, 16:23


“Adicə dünya çempionatına baxanda o avropalılar himnlərini stadionda azarkeşlərlə elə ürəkdən oxuyurlar ki, məni ağlamaq tutur”

 

Demokrat.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov himnimizlə bağlı cəmiyyətdə gedən müzakirələrə münasibət bildirərkən deyib:

 

“Hər bir millətin və dövlətin toxunulmaz müqəddəs atrubutları var. Bu qanunlar dövlətin və dövlətçiliyin rəmzidir. Onlardan biri də dövlətin himnidir. Adicə dünya çempionatına baxarkən avropalılar himnlərini stadionda azarkeşlərlə elə ürəkdən oxuyurlar ki, məni ağlamaq tutur. Bəs bizdə niyə belə deyil? Elə əslində vətənpərvərlik, milli ruh və xalq sevgisi ordan başlayır. Bu məsələlər gərək cəmiyyətdə vahid bir mərkəzdən idarə olunsun və buna xüsusi diqqət və qayğı ayrılmalıdır. Amma onu cəza və ya inzibati tənbehlə həyata keçirmək olmaz. Konkret olaraq dünya praktikasına uyğun cəzaları tətbiq etmək lazımdır. Himn, bayraq və gerb mütləq mənada müzakirə mövzusu yox, məhəbbət, sevgi mövzusudur. Burda heç kimə güzəşt ola bilməz. Milyardlar çapıb-talayan, Azərbaycan xalqına, dövlətinə gəlir mənbəyi kimi baxan harınlamış məmurlar var ki, himnimizi bilmirlər. Bizim himn çalınanda adamlar var ki, darıxır, əsəbiləşir, çünki onun üçün himnə qarşı sevgi yoxdur. Amma pul sayanda, milyonlar çapıb-talayanda heç darıxmırlar. Cəmiyyətdə bərabər vətəndaş mövqeyi olmalıdır, artıq iyirmi beş ildir ki, müstəqil dövlətik”.

 

Xatırladaq ki, Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında və “Azərbaycan Respublikası Dövlət Himninin musiqinin və mətninin təsdiqi haqqında” Konstitusiya Qanunlarının tətbiqi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı qalmaqala səbəb olan fikirlər səsləndirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top