Abel Məhərrəmov kabinetini təmir etdirir - Bu səbəbdən İŞƏ ÇIXMIR

GÜNDƏM 06 dek 2018, 16:28
Ötən ay Prezidentin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edildikdən sonra  öz kabinetini "Üzvi kimya" kafedrasına köçürən akademik Abel Məhərrəmov hələ də işə çıxmır.

Bu barədə Demokrat.Az-a Abel Məhərrəmovun yaxınlarından məlumat verilib.

Məlumata görə, Abel Məhərrəmovun 2002-ci ildən rəhbəri olduğu "Üzvi kimya" kafedrasındakı kabineti hazırda təmir olunur.

"Bu səbəbdən də Abel Məhərrəmov hələ ki, işə çıxmır. Ancaq işlər yekunlaşmaq üzrədir və gələn həftə Abel Məhərrəmov yeni kabinetində olacaq", - deyə məlumatda qeyd olunur.

Demokrat.Az
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top