“Bu, məni çox sarsıtdı” – AMEA alimindən professorun plagiat olayına SƏRT REAKSİYA

GÜNDƏM 06 dek 2018, 15:27
“Təəssüf ki, plagiat faktı ortadadır. Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, mövzu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir”.

Demokrat.Az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib.

Onun sözlərinə görə, görünən kəndə bələdçi lazım deyil:

“Hər şey ortadadır. Çox təəssüf edirəm və belə halı heç kimə arzulamazdım. Təəssüf ki, plagiat faktı var. Məsələni daha dərindən araşdırmağı düşünürəm. Bu, mövcud qanunvericiliklə tənzimlənməlidir. Yəqin ki, bu barədə müvafiq addımlar atılacaq. Fakt ortada varsa, ona hüquqi qiymət verilməlidir. Plagiatlığın özü pis davranış, pis əməldir. Bütövlükdə plagiatlıq elmi geriyə aparır. Bu hadisə ən azı ictimaiyyət tərəfindən qınanmalıdır”.
İdris Abbasov jurnalistin faktı ortaya çıxarmasına da münasibət bildirib:

“Bunu araşdırıb ortaya çıxaran jurnalist olub. Jurnalistin alimin işini araşdırıb ortaya qoymasının özü kiçik məsələ deyil. Bu çox mətləblərdən xəbər verir. Eyni zamanda, ona əsas verir ki, biz işlərimizə tənqidi yanaşmağı bacaraq. Alim olaraq ancaq işləyib, heç kimi aldatmadan təmiz, elmi iş ortaya qoymalıyıq. Aldatmağın özü də xəyanətdir.Bunun qarşısı alınmazsa, elmin inkişafından söhbət gedə bilməz.
 
Image result for sayalı sadıqova

Hazırda gənc alimlərimiz yetişir. Plagiatla məşğul olmaq və bunla bağlı heç bir işin görülməməsi gənc nəsildə ümidsizlik yaradır və rəqabət mühitini tamamilə məhv edir. Yaxşı elmi işlə, pis elmi işi bir-birindən fərqləndirmək lazımdır. Yoxsa elmimizin gələcəyi olmaz və uçuruma doğru gedərik.
Bu hadisə məni çox sarsıtdı. Faktı araşdıran jurnalistə təşəkkür edə bilərəm. Onları təhdid yox, təşviq etmək lazımdır ki, bu işləri davam etdirsinlər”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi  “İzahlı dilçilik terminləri lüğəti”  kitabının plagiat olması ortaya çıxıb.  Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri”  kitabının F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri  barədə xəbərlər yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top