““Bal-E” raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıb” – Müdafiə Nazirliyi

GÜNDƏM 06 dek 2018, 11:56

Azərbaycanın Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.

Demokrat.Az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu barədə heç bir rəsmi danışıq aparılmayıb:

“Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top