Yaponiya səmasında iki təyyarə toqquşdu

DÜNYA 06 dek 2018, 08:24
Yaponiya sahillərində ABŞ ordusuna məxsus iki təyyarə toqquşub.

Demokrat.Az xəbər verir ki, “F/A-18” qırıcı-bombardmançı təyyarə ilə yanacaq daşıyan KC-130 təyyarəsi havada bir-birinə çırpılıb.

Əldə edilən məlumata əsasən, hər iki təyyarə təlim uçuşu həyata keçirirmiş.

Hər iki təyyarə ABŞ hərbi piyada bazası “İvakuni”dən havaya qalxıb. ABŞ hərbi bazası qəza xəbərini təsdiqləyib və bildirilib ki, hərbçilərdən birinə tibbi yardım göstərilir. Hazırda ekipajın digər altı üzvünün axtarışları davam edir.

Qeyd edək ki, təyyarələrin göyərtəsində 7 nəfər olub. Pilotlardan biri xilas edilib. Axtrarış-xilasetmə işlərində ABŞ və Yaponiya hərbçiləri iştirak edir. (olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top