Gəncənin yeni başçısı Elmar Vəliyevlə bağlı bütün arxivi sildirdi - FOTOFAKT

MARAQLI 05 dek 2018, 13:10
Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin fəaliyyətilə bağlı bütün materiallar İcra Hakimiyyəti saytının arxivindən silinib.

Demokrat.Az xəbər verir ki, hazırda İcra Hakimiyyətinin rəsmi internet səhifəsi olan "ganja-ih.gov.az" saytında ən köhnə material 18 oktyabr 2018-ci il tarixində yerləşdirilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Almaniyanın NİTRO jurnalının əməkdaşlarını qəbul etməsi barədə xəbərdir.

İcra hakimiyyətinin rəsmi internet səhifəsində Gəncənin keçmiş başçısı Elmar Vəliyevlə bağlı heç bir foto və yazı materiallarını görmək mümkün deyil.
 
Image result for Elmar Vəliyev

Xatırladaq ki, Elmar Vəliyev Azərbaycan Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmin günü ölkə başçısının digər Sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Zaur Hacılı
Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top