İlham Əliyev Corc Buşun vəfatı ilə əlaqədar ABŞ səfirliyini ziyarət etdi - FOTOLAR

HADİSƏ 05 dek 2018, 11:59
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyində olub.

Demokrat.Az-ın xəbərinə görə, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.

Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top