Samir Şərifovdan manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA

İQTİSADİYYAT 04 dek 2018, 22:57
“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”.

Demokrat.Az Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top