Böyük Buşun iti onun tabutuna keşik çəkir – Hamı bu itin sədaqətindən danışır

MARAQLI 04 dek 2018, 21:58
Sosial mediada Corc Buşun tabutunun yanından ayrılmayan itinin şəkilləri yayılıb.

Demokrat.Az xarici mediaya istinadən xəbər verir ki, Buşun sözçüsü Cim Makqras həmin şəkilləri Tvitter səhifəsində “Tapşırıq tamamlandı” başlığı ilə paylaşıb.

Sosial media istifadəçiləri Sully adlı itə xidmətlərinə görə təşəkkür ediblər və ümumilikdə itlərin sahiblərinə sədaqətindən danışıblar.

Sullyə Hudson çayında baş verən qəzada 155 sərnişin və gəmi heyətinin həyatını xilas edən Çesli Sullenbergerin adı verilib. İki yaşlı labrador cinsli it, ömrünün son illərində əlil arabasından istifadə edən Buşa xidmət etmək üçün təyin olunub.

Yüksək səviyyədə təlimli olan Sully, bir neçə əmri yerinə yetirməyi bilir. Buna qapı açmaq, əşyaları götürmək funksiyaları da daxildir.

Xatırladaq ki, 1989-1993-cü illərdə Amerikanın 41-ci prezidenti vəzifəsini icra edən Buş noyabrın 30-da vəfat edib.
O, parkinson xəstəliyindən əziyyət çəkirdi və aprel ayında qanında aşkarlanan mikroba görə xəstəxanaya yerləşdirilib. Buş Texasda, 7 ay bundan əvvəl vəfat edən və 70 ildən çox evli olduğu həyat yoldaşının yanında basdırılacaq.(AzNews.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top