Ermənistanda Su-25 hərbi təyyarəsi qəzaya düşdü – Pilotlar öldü (Yenilənib)

HADİSƏ 04 dek 2018, 16:59
Ermənistan Müdafiə Nazirliyi qəzaya uğrayan Su-25 hərbi təyyarəsinin ekipajının öldüyünü açıqlayıb.

Demokrat.Az xəbər verir ki, bir müddət əvvəl Müdafiə Nazirliyi qırıcıların ekipaj üzvləri ilə rabitənin itdiyini bildirmişdi.

Artıq təyyarənin qəzaya uğradığı yer bəlli olub. Təyyarə Şirak vilayətinin Maralika rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotları polkovnik leytenant Armen Babayan və mayor Movses Manukyan ölüblər.

Hərbi təyyarə Gümridəki hərbi hava bazasından havaya qalxıb və təlim uçuşunu yerinə yetirirmiş.

***

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi yoxa çıxıb.

Demokrat.Az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təyyarə ilə əlaqə bu gün yerli vaxta saat 10:20-də itib.

Qeyd olunub ki, gündəlik planlı təlim uçuşunu yerinə yetirən zaman Ermənistan silahlı qüvvələrinin “Su-25” hərbi təyyarəsi səhər saat 10:20 radələrində radarlardan itib və təyyarənin pilotu ilə əlaqə kəsilib.

Məlumatda qeyd olunur ki, təyyarə bu gün səhər saat 10:06-da Gümrüdəki aeroportdan havaya qalxıb. Hazırda itmiş “Su-25”in tapılması ilə əlaqədar axtarış-xilasetmə əməliyyatları davam etdirilir.(avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top