Ordumuz cəbhənin bu istiqamətində 5 KİLOMETR İRƏLİLƏDİ - Ermənistan ŞOKDA

HADİSƏ 04 dek 2018, 16:06
Azərbaycan Ordusu Dağlıq Qarabağda təmas xəttində 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib.

Demokrat.Az "publika.az" saytına istinadla xəbər verir ki, bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.

“Müdafiə Nazirliyi bildirdi ki, bu neytral zonadır, lakin neytral zona olmur, bura ərazidir. Sentyabrda Azərbaycan Ordusu nəzarət etdiyi əraziləri bir neçə dəfə artırdı. Bu, təxminən 800 hektar ərazi deməkdir. Bu ərazilərdə Azərbaycan infrastruktur inşa edib. Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir. Müharibə başlayanda bu hündürlüklər Azərbaycana üstünlük qazandıracaq”, - deyə o bildirib.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top