Əhəd Abıyev avtomobil qəzasına düşüb? — AÇIQLAMA

HADİSƏ 04 dek 2018, 12:08
Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov icra başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi barədə yayılan xəbərləri təkzib edib.

N.Süleymanov "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu barədə yayılan xəbərlər doğru deyil:

"Əhəd müəllimin qəzaya düşməsi barədə xəbərlər tamamilə yalandır. Axı bu cür xəbərlərin yayılması nəyə lazımdır? Nə qəza? Əhəd Abıyev sonuncu dəfə 1997-ci ildə avtomobil qəzasına düşüb. Əhəd müəllim hazırda işinin başındadır, əhali ilə qəbul keçirir. Görüşdə 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən seçilmiş deputat Kamran Bayramov da iştirak edir. Təqribən 1 saat ərzində həmin görüşlə bağlı məlumatı və fotoları da yayacağıq".

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top