Deputatlar və jurnalistlər BNA-ya getdilər - FOTOLAR

MARAQLI 03 dek 2018, 13:16
Dekabrın 1-də Parlament Jurnalistlər Birliyi (PJB) Bakı Nəqliyyat Agentliyinə mediatur təşkil edib.

Demokrat.Az-ın məlumatına görə, tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev və mətbuat nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə "BakuBus” MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "BakuBus” MMC-nin fəaliyyəti barədə brifinqdə tədbir iştirakçılarına geniş məlumat verib.

O bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var.

"Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir". Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun”.

BNA sədri həmçinin qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb.

"Həmin tələblər hökumətə təqdim olunub. həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır”.

V.Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də deyib.

"Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq”.

Daha sonra "BakuBus” MMC-nin İstehsalat bazası və Sürücü təlim Mərkəzi barədə geniş məlumat verilib.

Səfər çərçivəsində Milli Məclisin deputatlarına, mətbuat nümayəndələrinə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə də tanış olmaq imkanı yaradılıb.

Vüsal Kərimli qeyd edib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir.

"Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top