"Avro-2020"-də millimizin rəqibləri müəyyənləşdi - QRUPLAR

İDMAN 02 dek 2018, 18:57

Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılıb.

 

Qol.az-ın xəbərinə görə, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Milli komandamız da bügünkü püşkatmada seçmə mərhələdəki rəqiblərini tanıyıb. Yığmamız  Xorvatiya, Uels, Slovakiya və  Macarıstanla E qrupunda yer alıb.

 

Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünüb. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alıb. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

 

A qrupu

İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo

B  qrupu

Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq

C qrupu

Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus

D qrupu

İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq

E qrupu

Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan

F qrupu

İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta

G qrupu

Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya

H qrupu

Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra

İ qrupu

Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino

J qrupu

İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan 
Lixtenşteyn


Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

 

Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top