Salmanın Qaşıqçının ölüm əmrini kimə verdiyi məlum oldu - FOTO

DÜNYA 02 dek 2018, 11:26

Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının qətli ilə məşğul olan qruplaşmaya nəzarət edən şəxsə göndərdiyi 11 mesajın içərisində öldürmə əmrinin ola biləcəyini açıqlayıb.

 

Axar.az xəbər verir ki, MKİ-nin məlumatına əsasən, Məhəmməd bin Salman sözügedən mesajları Səud əl-Kahtani adlı şəxsə göndərib.

 

Kahtaninin Qaşıqçını öldürən 15 nəfərlik qruplaşmaya nəzarət etdiyi, eyni zamanda komandanın İstanbuldakı lideri ilə ünsiyyət qurduğu bildirilib. Sənəddə həmçinin şahzadə Salmanla Kahtani arasındakı yazışmanın məzmununun bəlli olmadığı qeyd edilib.

Image result for muhammad ibn salman saudi king2018

MKİ-nin araşdırmasına görə, sözügedən qrupun Salmanın icazəsi olmadan hər hansı bir əməliyyat planlaşdırmasının mümkün olmadığı bildirilib.


Qeyd edək ki, Səud əl-Kahtani xüsusilə şahzadə Salmanın vəzifəyə gəlməsindən onra Səudiyyə Ərəbistanının yeritdiyi siyasəti mənimsəyən vacib şəxslərdən biri kimi tanınır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top