"G20" sammitində yekun bəyannamə qəbul olundu

DÜNYA 02 dek 2018, 00:02

G20 liderləri Argentinada keçirilən sammitin nəticələri üzrə yekun bəyannamə qəbul ediblər.

 

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, noyabrın 30-dan dekabrın 1-nə qədər Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan G20 sammitinin yekunlarına görə liderlər müştərək yekun bəyannamə razılaşdırıblar.

 

"Biz qanunlara əsaslanan, sürətlə dəyişən dünyanın çağırışlarına effektiv cavab verməyə qadir olan beynəlxalq qaydaları yaxşılaşdırmaq üçün birlikdə işləmək öhdəliyini təsdiq edirik", - deyə sənəddə qeyd olunub.

 

Bildirilir ki, bəyannamənin mətnində iqlim dəyişikliklərində, beynəlxalq ticarətdə, rəqəmsal iqtisadiyyatda, fiskal siyasətdə və s. problemləri əks etdirən bəndlər də var.

 

Ümumiyyətlə, bəyannamə 31 bənddən və bir sıra əlavələrdən ibarətdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top