Parisdə kütləvi etirazlar: 200-dən çox adam saxlanıldı, onlarla yaralı var

HADİSƏ 01 dek 2018, 23:38

Fransanın paytaxtı Parisdə yanacaq qiymətlərinin artması səbəbindən başlanan etirazlar davam edir.

 

Artıq xəbər verdiyimiz kimi, iki həftədir aksiya keçirən etirazçılar bu gün Paris və bir çox şəhərlərdə mitinqlər təşkil ediblər.

 

Polis “sarı jiletlilər” adlandırdıqları etirazçıların mitinqinə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

 

Qəzəbli kütlə ətrafdakı bir çox yeri atəşə verib, polisə daş və şüşə atıb. Aksiyalarda 205 nəfər tutulub, 11-i polis olmaqla 65 nəfər yaralanıb.

 

Parisin ən işlək prospektlərindəki mağazalar və ictimai iaşə obyektləri bağlanıb. Etirazlar səbəbindən küçələr nəqliyyata qapadılıb və metronun fəaliyyəti dayandırılıb.

 

*  *  * 15:44

Parisdə benzin qiymətlərinin artırılmasına görə keçirilən etiraz aksiyaları zamanı polis gözyaşardıcı qazdan istifadə edib.

 

Virtualaz.org bildirir ki, bu barədə Fransa televiziyası məlumat yayıb.

 

Məlumata görə, etirazçılar Şarl de Qol meydanında polisin yaratdığı kordonu yarmağa cəhd ediblər, polis istiqamətində uzun müddət müxtəlif əşyalar atılıb.

 

Polisin müdaxiləsi nəticəsində 2 nəfər saxlanılıb.

 

Etiraz aksiyaları səbəbindən Parisin 7 mərkəzi metrostansiyası bağlanıb.

 

Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.

 

Onu da qeyd edək ki, Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.

 

"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən 23%, benzininki isə 15% qalxıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top