Dubay əmiri Türkiyədə qızıldan villa tikdirdi — FOTO / VİDEO

MARAQLI 01 dek 2018, 19:27
Dubay əmiri əl Məktum Türkiyənin Gebze şəhərində lüks mülk inşa etdirib.

Demokrat.Az xəbər verir ki, 3500 kvadrat metrlik villanın mebelləri qızılda hazırlanıb.

Məhəmməd bin Rəşid Əl Məktum Darıca səmtində lüks villa sahibidir. Mülkün daxili dizaynı üçün “E&G Mobilya Dekorasyon” şirkəti ilə müqavilə imzalanıb.

Şirkətdən verilən açıqlamaya əsasən, villadakı mebellərin hamısı xüsusi sifarişlə əl üsulu ilə yığılıb. Mebellərin hazırlanmasında qızıldan istifadə edilib. 10 ay davam edən prosesdə 10 memar işləyib.

Dubay əmirinin sifarişi ilə villada Osmanlı dövrünə aid naxışlardan istifadə edilib.(olke.az)
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top