Ermənistan Rusiyadan yeni qırıcılar alır - Şimal qonşumuz işğalçı ölkəyə 100 milyon kredit verir

HADİSƏ 01 dek 2018, 16:30
Ermənistan Rusiyadan SU-30CM tipli qırıcı təyyarələr alacağını bəyan edib.

Demokrat.Az TASS-a istindən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirib.

O deyib ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar kredit verəcək.

“Biz bunun tez olmasını istəyirik. Artıq danışıqların yekun mərhələsindəyik”,- deyə Tonoyan rusiyalı jurnalistlərə bildirib.

O, Rusiya ilə hərbi sahədə mühüm bir tədbirə hazırlıq getdiyini və bu sahədə sıx əməkdaşlıq edildiyini desə də, hansı tədbirdən söhbət getdiyini açıqlamayıb.

Ermənistana yeni ixrac kreditinin verilməsinə dair razılıq 2017-ci il oktyabrın 24-də əldə edilib.

Bu kredit sayəsində Ermənistan Rusiya istehsalı olan hərbi texnika əldə edəcək. Kredit 15 il müddətinə, 3 faizlə veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top