"Özümüzü aldatmayaq, bütün göstəricilərdə zəifik" - Qurban Qurbanov

İDMAN 30 noy 2018, 19:52
“Qarabağ” Avropa liqasının “E” qrupunun 5-ci turunda Bakı olimpiya stadionunda Portuqaliyanın “Sportinq” klubuna 1:6 uduzub.

Demokrat.Az xəbər verir ki, görüşdən sonra baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər.

Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi

Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün göstəricilərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top