Avtomobillərə görə rüsumlar qaldırıldı

İQTİSADİYYAT 30 noy 2018, 15:21

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb.


"Ölkə.Az" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu bənd də təsdiqlənib.

 

Beləliklə, 2019-cu ildən ölkəyə gətirilən minik avtomobilləri üzrə gömrükdə alınan aksiz rüsumu qalxıb. Bu isə o deməkdir ki, avtomobillərin qiymətində bahalaşma gözləniləndir.  

 

mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), 

mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda: 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) 

mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda: 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) 

mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda: 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) 

mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda: 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top