Şəkidə ərəblərin olduğu maşın qəzaya düşdü - 7 yaralı var

HADİSƏ 30 noy 2018, 11:17

Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.Az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb. İçində ərəblərin də olduğu iki avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Xəsarət alan şəxslərin kimlikləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top