Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan Beynəlxalq Bankını təcili özəlləşdirməyə ÇAĞIRIR

İQTİSADİYYAT 29 noy 2018, 22:45
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə 2018-2019-cu illər üçün keçid hesabatını açıqlayıb.
 
Demokrat.Az xəbər verir ki, hesabatda gələcək üçün üç prioritet arasında bank sektorunun islahatına dair təkliflər var.

AYİB bir daha dövlətin Azərbaycan Beynəlxalq Bankında olan payını dərhal özəlləşdirilməyə çağırıb.

"Bank sektorunun yenidən strukturlaşdırılmasını başa çatdırmaq üçün qətiyyətli addımlar atılmalıdır. Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi bank sektorunda risklərin azaldılmasının əsas prioritetlərindən biridir və dərhal həyata keçirilməlidir" deyə sənəddə (https://www.ebrd.com/news/publications/transition-report/transition-report-201819.html) qeyd edilir.

AYİB vergi inzibatçılığında islahatlar etmək niyyətini dəstəkləyir və maliyyə tənzimləyicisinin müstəqilliyinin və fəaliyyətini gücləndirməyə çağırır.

Bundan əlavə, bankda hesab edirlər ki, Azərbaycan hakimiyyəti yenidən yaradılmış dövlət orqanlarında fəaliyyətinin şəffaflığı və səmərəliliyinin təmin edilməsi üçün lazımi addımları atmalıdır.

Azərbaycan hökuməti ABB-nin özəlləşdirilməsinə 2005-ci ildə başlayıb. O vaxtdan bank bir neçə dəfə böhran dövrü yaşayıb. 2015-ci ilin əvvəlində o, demək olar ki, ödəniş qabiliyyətini itirib.

Dövlət tərəfindən onun sağlamlaşdırılması üçün təxminən 14 milyard manat məbləğində vəsait ayrılması hələlik gözlənilən nəticəni verməyib. Ölkənin ABB-dəki payı 91%-dən çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top