Azərbaycanlı müğənniyə AĞIR İTKİ - Yatdı, oyanmadı

ŞOU-BİZNES 29 noy 2018, 23:07
Tanınmış ifaçı Zahidə Günəş uzun zamandır efirlərdə görünməmək səbəbini "5/5"də açıqlayıb.
 
Demokrat.Az xəbər verir ki, xanım ifaçı ailəsində ard-arda iki böyük itki verdiyini canlı yayımda bildirib.

Z.Günəşin bu açıqlaması aparıcı başda olmaqla hər kəsi qəhərləndirib:

"Ailədə itkilərimiz olub. Gəlinimiz rəhmətə getdi. "40"-ı təzə çıxmışdı, 15 gün sonra, dalınca da qardaşımı itirdik. Böyük itkidir! Gəlinimiz xərçəng xəstəsi idi. Qardaşım da yatdı, oyanmadı. Bir-birlərini çox sevirdilər. Qardaşımın 52 yaşı var idi. Nə yaşdı ki?!

21-22 yaşlarında iki övladları qaldı. İkisi də ailəlidir.
 
Mən də nə vaxtdandır qapanmışam özümə. Qonşu kanallar da nə vaxtdandır zəng edirlər. Yaydan bəri verilişlərə çıxmıram".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top