AMEA-nın serveri çökdü - Bütün institutların interneti kəsilib

HADİSƏ 27 noy 2018, 22:48
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bütün institutlarında və akademiyanın Rəyasət Heyətində internet kəsilib.

Bu barədə Demokrat.Az-a AMEA-nın məsul əməkdaşlarından məlumat daxil olub.

Məlumata görə, AMEA-da artıq bir neçə gündür ki, internet yoxdur.

Məlumatda deyilir ki, internetin kəsilməsinə səbəb AMEA-nın serverinin çökməsidir.

"Bir neçə gündür ki, AMEA-nın internet serveri istifadə müddəti bitdiyi üçün çöküb. Hazırda AMEA-nın yenidən internetlə təmin edilməsi istiqamətində iş aparılır", - deyə məlumatda qeyd olunur.
 
Qeyd edək ki, AMEA-nın internet işini İnformasiya Texnologiyaları İnstitutu təşkil edir.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top