Adı nurçuluqda hallanan Fərhad Məmmədov Ankarada KİVDF-nin media təmsilçilərilə görüntüləndi — VİDEO - FOTOLAR

MARAQLI 27 noy 2018, 17:58

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Azərbaycanın bir qrup media rəhbərləri Ankarada səfərdədir. 


Demokrat.Az xəbər verir ki, səfərdə bir qrup baş redaktorla yanaşı, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev və  Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də iştirak edir. 


Məlumata görə, Bakıdan gedən KİV təmsilçilərinin Azərbaycanın Türkiyədəki səfirliyi və Azərbaycan Strateji Araşdırmalar Mərkəzi təmsilçiləri ilə birgə proqramları olacaq. Bu səbəbdən də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov da Bakıdan gedən nümayəndə heyəti arasında görüntülənib. Sosial şəbəkələrdə onun fotoları da yayılıb.  


Qeyd edək ki, Fərhad Məmmədovun KİVDF-nin Ankarada təşkil etdiyi tədbirdə görünməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çünki bir-iki il öncə Mətbuat Şurasının üzvü olan KİV-lər tərəfindən adı nurçuluqda hallanan Prezident Administrasiyasının keçmiş sektor müdiri, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olan Fərhad Məmmədov 2014-cü ildə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ünvanına eyhamla sərt ittihamlar səsləndirmişdi. Belə olan təqdirdə indi KİVDF rəhbərliyinin bu cür addımlar atması əlbəttə ki, başadüşülən deyil. 

 

 

Demokrat.Az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top