Milli Məclisə ayrılan vəsait artırıldı - Deputatlar büdcəni dəyişdirdi

İQTİSADİYYAT 27 noy 2018, 15:59

2019-cu ilin dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılıb.

 

Demokrat.Az xəbər verir ki, Yenicag.Az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

 

Nazirin sözlərinə görə, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

 

“Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020-ci ildən başlayaraq dövlət sifarişi ilə təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, Gənclər Fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə artım deməkdir. Gələn il Azərbaycan Milli Elmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin xərcləri 10.1 milyon, suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat artırılıb. Ümumilikdə 256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsinə nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən qurumlara 5.5 milyon manat vəsait ayrılacaq”. S.Şərifov onu da vurğulayıb ki, millət vəkillərinin səsləndirdiyi digər təklifləri də hökumət müzakirə edəcək və bu təkliflər növbəti illərin büdcəsində nəzərə alınacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
15 apr 2024, 22:46
Top