Nazim İbrahimov Heydər Əliyevin adını daşıyan təşkilatın pulunu mənimsədi — Buna görə cərimələnən tanınmış diaspora liderindən Fuad Muradova ŞOK MÜRACİƏT - FOTOLAR

HADİSƏ 26 noy 2018, 19:33

Uzun illərdir ki, səmərəli diaspora fəaliyyəti ilə tanınan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərkibində fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evi bağlanmaq təhlükəsilə üzləşib. 


Demokrat.Az xəbər verir ki, bir neçə ay əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri dəyişəndən sonra təşkilata verilən dəstək dayandırılıb. 


Bu səbəbdən də hazırda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası böhran yaşayır. Bu yaxınlarda təşkilata Türkiyənin vergi orqanları tərəfindən pul cəriməsi kəsilib. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ictimai təşkilat olduğu üçün maliyyə çətinlikləri yaşayır. 


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Demokrat.Az-a bildirib ki, rəhbərlik etdiyi təşkilatın borclarının olması ilə bağlı əvvəlcədən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verilib:

 

Image result for bilal dündar Nazım İbrahimov


"Biz əvvəlcədən bilirdik ki, belə çətinliklər ola bilər. Ona görə də biz Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinə zamanında müraciət etmişdik. xahiş etdik ki, borcun ödənilməsinə köməklik göstərilsin. Həmin vaxtı Diasporla İş üzrə Komitənin sədri Nazim İbrahimov idi. Ancaq nədənsə onun vaxtında bu problem həllini tapmadı. Halbuki, Nazim İbrahimov təşkilata ayrılması nəzərdə tutulan həmin vəsaiti ödəməli idi. Çox təəssüf ki, sonradan bu problem Nazim İbrahimov ilə yeni sədr Fuad Muradovun arasında olan anlaşılmazlıqdan daha da böyüdü. Məndə olan məlumata görə, yeni sədr Fuad Muradov 2017-ci il və 2018-ci ilin dörd ayına aid olan və təşkilata ayrılması nəzərdə tutulan vəsaitlərin Nazim İbrahimovun dövrünə aid olması səbəbilə ödəməkdən imtina edir. Nazim İbrahimov isə həmin vəsaiti vəzifədən çıxarıldığı üçün ödəmədiyini əsas gətirir. Yaranan bu cür anlaşılmazlıq 2006-cı ildən bəri aktiv fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının işində çətinliklər yaradıb".

 

Related image


Bilal Dündar yaranmış problemin həllinə köməklik göstərilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət edib:


"Hörmətli Fuad müəllim, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş ölkəmizin haqq işinin və həqiqətlərinin dünyaya çatdırılmasında indiyədək böyük xidmətlər göstərib və bundan sonra da əlindən gələni əsirgəməyəcək. Bu təşkilat cənab İlham Əliyevin xeyr-duası ilə fəaliyyət göstərir və Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində öz töhfələrini verib. Eyni zamanda Heydər Əliyev Mədəniyyət Evi Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Azərbaycan diasporasını daha da inkişaf etdirməyi qarşıya məqsəd qoyan bir şəxs kimi sizdən xahiş edirəm. İmkan verməyin ki, Heydər Əliyev Mədəniyyət Evi fəaliyyətini dayandırsın. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının fəaliyyətində yaranan problemin tezliklə həll edilməsinə köməklik göstərəcyinizə inanırıq".


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top