Şeyx Çexiyadakı mülklərini oğlunun adına keçirdi — FOTOLAR

GÜNDƏM 26 noy 2018, 18:34
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Çexiyada olan əmlaklarını oğlunun adına keçirib.
 
Bu barədə Unikal.org-a Avropada yaşayan jurnalist Cavanşir Həsənli məlumat verib.
 
O, bldirib ki, Çexiyanın Ədliyyə Nazirliyinin rəsmi saytında şeyxin mülkləri ilə bağlı məlumat qeyd edilib.
 
Adıçəkilən ölkənin dövlət reysterində Allahşükür Paşazadə Çexiyanın Karlovı Varı kurort şəhərində yerləşən şirkətlərinin qeydiyyatını oğlu Məhəmməd Paşazadənin adına rəsmiləşdirib.
 
 
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu gün musavat.com-a açıqlamasında Çexiyada heç bir mülkünün olmadığını bildirib. O, qeyd edib ki, Karlovı Varıda müalicə alır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top