Naxçıvana yağan qar hava limanında təyyarələrin hərəkətini iflic etdi

HADİSƏ 26 noy 2018, 13:29

Naxçıvanda qarın yağması hava limanında aviareyslərinin uçuşuna ciddi təsir edib. 


Demokrat.Az xəbər verir ki, qarın yağması Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarələrin uçuşunda ciddi gecikmələrin yaranmasına səbəb olub. 


Bakıdan Naxçıvana uçan sərnişinlərdən biri bildirib ki, 2 saatdı təyyarədə oturmuşuq: 


"Hazırda hava şəraiti ilə bağlı Naxçıvan hava limanı təyyarələri qəbul edə bilmir. 2 saatdı təyyarədə oturmuşuq”.


Xatırladaq ki, noyabrın 25-də səhər saatlarından başlayan qar Naxçıvanda dağlıq və dağətəyi ərazilərində yerləşən yaşayış məntəqələrində davam edib. Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürməkdədir.(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top