Jurnalistlərin binasında növbəti oğurluq hadisəsi — Müşfiq Ələsgərlinin velosipedi OĞURLANDI

HADİSƏ 26 noy 2018, 11:01

Bakının Bibiheybət qəsəbəsində yerləşən jurnalistlərin binasında oğurluq hadisəsi qeydə alınıb. 


Demokrat.Az xəbər verir ki,  ötən gün Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin velosipedi oğurlanıb.


Xəbərin dəqiqliyini Müşfiq Ələsgərli də saytımıza açıqlamasında təsdiqləyib. 


O bildirib ki, oğurluq hadisəsi onun ikinci mərtəbədə yerləşən evinin qapısı önündə baş verib:


"Velosipedi ikinci mərtəbədə evimin qapısının önündə saxlayırdım. Ötən gün xəbər tutdum ki, velosiped oğurlanıb.  Artıq polisə müraciət olunub. Mən polisə güvənirəm. İnanıram ki, velosipedi tapıb qaytaracaqlar. Çünki binadan çəkilən kamera görüntüləri də var. Binanın mühafizə xidməti onu qeydə alıb və kamera görüntüləri polisə təqdim edilib".


Zaur Hacılı
Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top