Zəlzələdə yaralananların sayı 550 nəfərə çatdı - İranda

DÜNYA 26 noy 2018, 10:37

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.


Ötən gecə İran-İraq sərhədində baş verən təbii fəlakət zamanı 20-də artıq təkan olub. Zəlzələ ilə əlaqədar olaraq ölkənin bir sıra məktəblərində dərslər təxirə salınıb. Hadisə nəticəsində həlak olanlarla bağlı hələlik heç bir məlumat yoxdur.

 

Xatırladaq ki, ötən gecə İranın Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib. (Qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top