Niyə Nərgiz Paşayeva? — TƏHLİL

MARAQLI 25 noy 2018, 23:30

Cənubi Afrika Respublikasının Stellennboss universitetinin girişində belə bir lövhə asılıb:

 

"Hər hansı bir xalqı məhv etmək üçün atom bombası və yaxud uzaq radiuslu raketlər lazım deyil. Tədrisin keyfiyyətinin aşağı enməsinə və tələbələrin imtahanda əliəyriliyinə yol vermək bəs edir. Xəstələr bu cür həkimlərin əlində ölür, binalar bu cür mühəndislərin əlindən uçur, pullar bu cür iqtisadçı və mühasiblərin əlindən itir. Ədalət bu cür hüquqşünas və hakimlərin əlində heçə enir. Təhsildəki böhran millətin böhranıdır ”.


Azərbaycan Prezidenti İlhamƏliyevin Qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilmişdir. Niyə azad edilmişdir? Bu haqda ölkə başçısının Qərarında bir kəlmə də yazılmayıb. Deməli, Prezidentə belə lazımdır. Onun Qərarları isə müzakirə olunmur, yerinə yetirilir.


Prezidentin onu işdən azad etməsi Prezidentin səlahiyyətindədir və niyə onu uzaqlaşdırdığını ancaq Prezident bilir. Bununla belə  KİV və Sosial şəbəkələr ardı-arası kəsilmədən BDU-dan, burada baş verən haqsızlıqlardan və s. yazmaqdan doymurlar. Hələ də yazırlar və yazacaqlar da. 

 

Image result for İlham Əliyev Bakı Dövlət Universitetinin


Rektor Abel Məhərrəmovun işdən azad olunma səbəbləri min dona geydirilib araşdırılır və hərə öz fərziyəsini yürüdür.


Ancaq istəsək də, istəməsək də, bir sual ortaya çıxır: Niyə indiyə qədər bunları yazmırdınız? Niyə indiyə qədər bunları görüb demirdiniz? Axı bura universitetdir! Xalqın və millətin ürəyi olan universitet!


Aydındır ki, bütün bu yazılar universitet üçün təhqirdir. Cənablar, bir daha deyirik – Bakı Dövlət Universiteti ölkəmizin ürəyidir.


Ölkəmizdə hansı təhsil müəssisəsi yaranıbsa, BDU-dan başlayıb. Gəlin BDU-nu xalqın gözündən salmayaq.


A. Məhərrəmov adına yazılan qeyri-obyektiv və obyektiv yazılar universiteti təhqir edir, xalqın universitetə olan inamını heçə endirir.


Vəzifədən azad edilən A.Məhərrəmovun idarəçiliyi arxada qaldı. İndi universitet yeni həyatını yaşamalıdır. Gəlin bundan danışaq. Universitetimiz necə olmalıdır?


Universitetə biz ”Kral öldü, yaşasın kral” prinsipi ilə yanaşmalıyıq. Çünki yeni gələn rektor, yeni rəhbər öz idarəçiliyi ilə universitetin problemlərini həll etməlidir.


Elə bir sahə yoxdur ki, oranın problemləri olmasın. Universitet də istisna deyil. Gəlin bir ziyalı kimi fikirləşək, universitetin əsas problemi nədədir? 


Cavab bir mənalı olacaq –Tədrisin keyfiyyəti.


Tədrisin keyfiyyətinin göstəricisi isə texniki fakültələri qurtarmış tələbələrin diplomlarının xarici ölkələrdə tanınması və xaricdən gələn tələbələrin bu fakültələrə can atmasıdır.


Əvvəllər BDU-un bu fakültələrində yüzlərlə xarici tələbələr oxuyurdu, aldıqları Diplomlar isə ölkələrində tanınırdı. İndi isə BDU-nin bu fakültələrinin diplomları demək olar ki, tanınmır.


Səbəb təhsilin keyfiyyətinin aşağı enməsidir. Bunun günahını kimdə isə axtarmaq gülüncdür. Səbəb isə Qərbin Azərbaycan təhsilinə etdiyi Baloniya təcavüzüdür və bu sistemi ölkəmizə sırıyanlar bir məqsəd güdüblər - Azərbaycan təhsilini heçə endirmək. 


Təhsilimizə rəhbərlik edən nazirlər indiyə qədər bunu anlamayıblar. Boylanın keçmiş Sovet ölkələrinə və Avropa birliyinə üz olmuş ölkələrə baxsaydılar, görərdilər ki, onların biri də Baloniyaya keçməyib.


Yuxarıda Stellennboss universitetinin girişində yazılan lövhəni təsadüfü olaraq göstərmədik. BDU-da təhsilin səviyyəsinin aşağı enməsinin səbəbi, onun xarici təzyiqlər nəticəsində Boloniya sisteminə keçməsi olub. 
Bunu rektorun adına bağlamaq düz deyil. Rektor nazirliyin əmrlərini yerinə yetirib. Nazirlərimiz isə Baloniyadan indiyə qədər möhkəm yapışdıqlarından təhsillimizin evini yıxırlar, çünki indiyə qədər Qərbin bizə sırıdıqları sistemin zərərini anlamayıblar. 

 

Image result for В Баку открылся новый учебный комплекс филиала МГУ имени М.В. Ломоносова


Bu sistemə keçdikdən sonra şagird və tələbələrinizin yazmaq qabiliyyətləri heç endirilib, kitaba qarşı onlarda nifrət yaranıb, demək olar ki, kitab oxuyan yoxdur. Bunun səbəblərini araşdırmaq əvəzinə məktəblərə lazımsız Qərbin lazımsız termin və kağız-kuğularını gətirirlər. Son il ərzində ana dilimizi görün nə qədər sözlər zibilləyib!
BDU-da təhsilin keyfiyyətinin aşağı düşməsinin başqa bir səbəbi də onunla bağlıdır, burada başqa ali məktəblərdə olduğu kimi, beyin axını daha çox olub. Sanballı müəllimləriniz Avropanın, Türkiyəni, Rusiyanın, ABŞ-n ali məktəblərində dərs deyirlər. Səbəbi əlbəttə ki, BDU-dan onları xaricə dartan orada maaşın yüksək olmasıdır.
BDU vaxtiykən Avropa səviyyəli mütəxəssis hazırlayan Ali məktəb idi. Onun təhsilinin keyfiyyətinin enməsi hər şeydən əvvəl Qərbin bizə sırıdığı Baloniya sistemi ilə əlaqəlidir. Bu təkcə BDU-ya aid olan məsələ deyil, bütün ali və orta məktəblərimizə aid olan məsələdir.


Bununla belə Azərbaycanın Avropa, ABŞ, Yaponiya səviyyəli təhsil verən ali məktəbləri vardır və bu ali məktəblərin diplomlarını bütün dünya tanıyır. Biz bu cür ali məktəblərin təcrübəsini öyrənib və arxalanıb təhsilimizin keyfiyyətini qaldırmalıyıq.


KİV-lər, ilk növbədə sosial şəbəkələr A.Məhərrəmovdan sonra BDU-nun rektorunun kim olacağı ilə bağlı fərziyyələr yürütməyə, bəzi hallarda hətta Prezidentin akademik Nərgiz Paşayevanın Rektor təyin olunması ilə bağlı xəbərlər yaymaqdadırlar.


Əlbəttə ki, özündən asılı olmayaraq belə sual səni düşündürür: Niyə Nərgiz xanım?  

 

Related image


İlk növbədə Nərgiz xanımın Moskva Dövlət Universitetindəki (MDU) fəaliyyəti gözümüzün qabağına gəlir. Bu ali məktəbim yeni terminlərlə desək brendi daha yüksəkdir. Onun verdiyi diplom keyfiyyət nişanıdır, dünyanın qəbul etdiyi diplomdur. BDU-nun diplomunu isə qəbul etmirlər....


Nərgiz xanımın necə təşkilatçılıq qabiliyyətinə malik olmasının MDU Moskva filialı göstəricisidir. 
Nərgiz xanım ADU(BDU)-nun yetirməsidir .Buranın müəllimi və kafedra müdirdir. Əlbəttə ki, universitetin bütün problemlərindən xəbəri var. Universitetin imicinin yüksəlməsində marağı olan şəxsiyyətlərdən biridir. Bütün bunlar özündən asılı olmayaraq bu şəxsiyyətin, ancaq bu şəxsiyyətin universitetə Rektor vəzifəsinə layiq olduğunu düşünürsən. Bəlkə odur ki, sosial şəbəkələr bir mənalı şəkildə Akademik Nərgiz Paşayevanın BDU-ya rektor olmasını istəyirlər və yazırlar. Çünki bu saat BDU təhsilin keyfiyyəti ilə bağlı ciddi islahatlara möhtacdır. 
Gəlin bir az da dərinə gedək.  


2006-ci ildə Nərgiz Paşayevanı Prorektor təyin olundu. BDU-nun xoş günləri bundan sonra başladı, desək yanılmarıq. Universitetdə kimin problemi vardı, onun qapısını açırdı. Müəllimindən, aspirantından, tələbəsindən tutmuş, adi işçilərinə qədər onun kabinetinin qapısı “BDU-nun ümid qapısı” sayılırdı, çünki bu qapıdan içəri girib, bayıra çıxanın üzü gülürdü, çünki problemi həll olunurdu, haqq-ədalət yerini tapırdı.

 

Related image


Nərqiz xanımın universitetdəki kabineti N. Dobrolyubovun diliylə  desək "qaranlıq çarlığında işıq şəfəqi idi". Ancaq bu sevinc çox uzun çəkmədi. Nərgiz Paşayeva MDU Bakı filialının Rektor seçildi, ancaq universitet yetim qaldı sözünü işlətsək daha doğru olardı. Çünki o, gedəndən sonra universitet yenidən A.Məhərrəmovun idarəçilik üsuluna qayıtdı. 


Ondan sonra baş verən hadisələrdən danışmaq, Azərbaycanın ürəyi olan universiteti tam alçaltmaq deməkdir. Gəlin gələcəyə baxaq. 


Bu saat Azərbaycanda üç ali məktəb mövcuddur ki, onların diplomları Avropa və ABŞ səviyyəsindədir. Bu ali məktəblər Aviasiya akademiyası, ADA və MDU Bakı filiallarıdır. BDU-nun diplomlarını isə Allahın Türkiyə, İranı da qəbul etmir. Yəni BDU-nu məzunlarını alı savadlı kimi qəbul etmirlər. Bu isə faciədir, desək yanılmarıq. 
Bu il BDU-nu 4 mindən artıq tələbə qurtarmışdır. Bunlardan demək olar ki, bir-ikisindən başqa öz sahəsində iş tapanı belə çox azdır.


Onların iş tapmamasının səbəbini verilən təhsilin keyfiyyətdə axtarmaq lazımdır. Təhsilin isə maraqlı paradoksu var - yaxşı təhsilli tələbə heç vaxt kənarda qalmır.  


Yuxarıda adı çəkilən ali məktəblər Azərbaycan ali təhsilinin brend göstəriciləridir və bütün dünyada məşhur olan ali məktəblərdir. 

 

Image result for Наргиз Пашаева


Məgər başqaları bu ali məktəbləri nümunə götürüb, təhsilin keyfiyyətini başqa ali məktəblər artıra bilməzdilərmi?


Əlbəttə edə bilərdilər. Ancaq yerlipərəstlik, qohumbazlıq və s. təhsilin biznesə çevrilməsi universitetlərin evini yıxırdı və yıxmaqdadır. BDU-da istisna deyil. 


Sosial şəbəkələr günbəgün açıq şəkildə universitetdə baş verən bütün neqativ halları üzə çıxartmaqdan çəkinmirlər, çünki bura universitetdir, Azərbaycanın ürəyidir, pis qanlardan bu ürək təmizlənməlidir. 
Azərbaycan xalqı siyasətləşmiş xalqdır. Bu xalq kimliyindən asılı olmayaraq bu və ya digər şəxsin vəzifəyə qoyulmasını süngülə qarşılayır.


İlk növbədə kimin kim olduğunu və vəzifəyə necə gəldiyini və yaxud hansı yolla vəzifəyə gəldiyi haqda tam məlumat almayana qədər sakitləşmir, eyni zamanda, KİV-lər və sosial şəbəkələr bu şəxsiyyət haqqında dayanmadan obyektiv xəbərlər yayırlar.


Akademik Nərgiz Paşayeva ilə bağlı bütün yazılarda bir fikir üstünlük təşkil edir. Bu şəxsiyyətin BDU-da Prorektor işlədi vaxt universitetin çiçəkləndiyini deyirlər, çünki faktiki olaraq bu şəxsiyyət universitetin inkişafı ilə bağlı məsələlərin həllində birbaşa iştirak edirdi. İndi niyə iştirak etməsin?


Niyə Rusiya universitetində rektor işləyən Azərbaycanlı qızı Azərbaycanın əsas universitetinə rektor təyin edilib, Aviasiya akademiyası, ADA kimi dünyada yüksək brendi olan universitetə çevirməsin? 


Aydındır ki, A.Məhərrəmovun qoyub getdiyi universitetə ciddi əl gəzdirilməlidir və bu çox böyük zəhmət hesabına olacaq. Universitet böhran vəziyyətindədir, desək yanılmarıq. Onu bu böhrandan çıxara biləcək şəxsiyyətin  ancaq Nərgiz xanım olacağına bir adam belə şübhə etmir. Universiteti ürəkdən istəyən bütün əməkdaşlarının arzusudur. Qərar isə ölkə Prezidentinindir!


Tahir Cəfərli
Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top