Ərəb şahzadələrinin gecə əyləncəsi mediaya sızdı — FOTO + VİDEO

MARAQLI 26 noy 2018, 00:25

Jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbəstanının İstanbul konsulluğunda öldürülməsində şübhəli bilinən vəliəhd şahzadə Məhəmməd ibn Salman BƏƏ vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl Nahyanla birlikdə gecəməkanında görüntülənib.


Demokrat.Az xəbər verir ki, jurnalistin vəhşicəsinə öldürülməsindən sonra çətin günlər keçirən vəliəhd şahzadə ilk xarici səfərinə yollanıb.


O, Yaxın Şərqdəki ən yaxın müttəfiqi BƏƏ-yə səfər edib. 


Məhəmməd ibn Salman yaxın dostu BƏƏ vəliəhd şahzadəsi Məhəmməd ibn Zyed əl Nahyanla görüşüb.


Səudiyyə şahzadəsinin ölkəni ziyarəti "ibn Salman BƏƏ-yə xoş gəldi" etiketi ilə sosial mediada trend olub. Amma əsl fıtına şahzadələrin qatıldığı axşam partisindən sonra qopub. Partidə alkoqollu içkilər "su kimi axıb". 

 

Görüntülərdə əl Nahyanın çox sərxoş olduğu görünür.


Qeyd edək ki, ibn Salmanı bu səfərində 11 naziri müşayiət edir. BƏƏ-dən sonra onun növbəti səfəri G-20 zirvəsində iştirak etmək üçün Argentinaya olacaq.(olke.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top