Azərbaycanda meşəbəyinə cinayət işi açıldı

HADİSƏ 25 noy 2018, 21:27

Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyən Əsədov Cəfər Ağaəli oğlu barəsində cinayət işi açılıb. 

 

Demokrat.Az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi xəbərə görə, C. Əsədovun vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulub. 


Belə ki, C. Əsədov meşədə ağacların qanunsuz kəsilməsinə laqeyd qalıb və bilavasitə bu işdə iştirak edib. Ona qarşı Cinayət Məcəlləsinin 259.1 (Meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) və 314.1 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top